Cəlilabadda 17 yeni subartezian quyusu qazılacaq
Cəlilabad rayonunda əkin sahələrinin suvarılması üçün yeni subartezian quyuları qazılacaq.
Kanal15 xəbər verir ki, ümumilikdə 17 subartezian quyusunun qazılması nəzərdə tutulub.
Qeyd edək ki, Dövlət Su Ehtiyatları Agentliyinin Cəlilabad rayonunda fəaliyyət göstərən yerli istismar idarəsinin balansında 352,1 km suvarma kanalı mövcuddur. Bunlardan 266 km-i torpaq kanal, 55 km-i beton kanal, 24 km-i növ kanal və 7,1 km-i boru kanaldan ibarətdir. Cari ilin əvvəlindən etibarən suvarma kanallarında 265 kubmetr lildən təmizləmə işləri görülüb.
İdarənin balansında 12 ədəd nasos stansiyası, 112 ədəd də subartezian quyusu mövcuddur.
What's Your Reaction?