Bu gün Azərbaycanın bütün məktəblərində “Son zəng” çalınır
Bu gün ölkəmizin bütün ümumtəhsil məktəblərində ənənəvi “Son zəng” tədbirləri keçirilir. Minlərlə XI sinif şagirdi üçün məktəb illərinin ən yaddaqalan anlarından biri olan bu gün, həm sevinc, həm də kövrək duyğularla yadda qalır.
Məktəb həyətində səslənən son zəng illərlə davam edən bir yolun tamamlandığını, eyni zamanda gənclərin yeni bir həyata – ali təhsil və gələcək karyera mərhələsinə qədəm qoyduğunu simvolizə edir.
Məzunlara uğurlar arzulayır, bütün müəllimləri və valideynləri bu əlamətdar gün münasibətilə təbrik edirik.
Xoş yolunuz açıq olsun, əziz məzunlar!