Bakı və Abşeronda yağıntı normanı 6 dəfə üstələyib
Bakı şəhəri və Abşeron yarımadasında müşahidə olunan yağıntının miqdarı iqlim normasını xeyli üstələyib.
Kanal15.az xəbər verir ki, son günlər ərzində yağan yağışın miqdarı normadan təxminən 6 dəfə çox olub.
Mütəxəssislər bildirirlər ki, intensiv yağıntılar bəzi ərazilərdə su basma hallarına və nəqliyyatın hərəkətində çətinliklərə səbəb olub.
Aidiyyəti qurumlar əhaliyə ehtiyatlı olmağı, xüsusilə yağışlı hava şəraitində təhlükəsizlik qaydalarına riayət etməyi tövsiyə edir.