"Araz-Naxçıvan" da növbəti mərhələdə!

Bu gün UEFA Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyunları keçirilib.
Azərbaycan təmsilçilərindən “Araz-Naxçıvan” Yunanıstanda “Aris”in qonağı olub. Oyun 2:2 hesabı ilə yekunlaşıb.
Tərəflər arasında Bakıda oynanılan ilk matçda "Araz-Naxçıvan" 2:1 hesablı qələbə qazanıb ki, bu da Elmar Baxşıyevin komandasını növbəti mərhələyə aparıb.
Təmsilçimizin 3-cü təsnifat mərhələsindəki rəqibi Kipr "Omoniya"sı olacaq. “Araz Naxçıvan”la “Omoniya” arasında ilk oyun avqustun 7-də Bakıda, cavab oyunu avqustun 14-ü Kiprdə keçiriləcək.
Qeyd edək ki, bu gün "Sabah" da Konfrans Liqasında mərhələ adlayıb.
What's Your Reaction?






