Ali təhsil müəssisələrinə qəbul imtahanlarının tarixi açıqlanıb

Ali təhsil müəssisələrinə qəbul imtahanlarının tarixi açıqlanıb

Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinə qəbul imtahanlarının II mərhələsinin I cəhdinin keçiriləcəyi tarixləri elan edib.

Kanal15.az - ın məlumatına görə, II və III ixtisas qrupları üzrə qəbul imtahanları 24 may tarixində keçiriləcək. I və IV ixtisas qrupları üzrə imtahanların isə 7 iyun tarixində təşkili planlaşdırılır.

Bundan əlavə, coğrafiya fənni üzrə əlavə imtahanın da 7 iyun tarixində keçiriləcəyi bildirilib.

Qeyd edək ki, qəbul imtahanlarında iştirak etmək istəyən abituriyentlər üçün qeydiyyat prosesi bu gündən başlayıb və 29 aprel tarixinədək davam edəcək.

Abituriyentlər qeydiyyatdan keçmək üçün Dövlət İmtahan Mərkəzi-nin rəsmi elektron xidmətlərindən istifadə edə bilərlər.

İmtahanlarla bağlı əlavə məlumatların yaxın günlərdə açıqlanacağı gözlənilir.