Xalq artisti Sevilin intiharı ilə bağlı GÖRÜN NƏLƏR YAZDI

0
28

Xalq artisti Faiq Ağayev 20 yaşlı Sevil Atakişiyevanın intiharına münasibət bildirib.

Müğənni feysbukda paylaşdığı postda cəmiyyətdə gördüyü nöqsanları ifadə edib:

“Nə kimi əməlisalehlik etmişsiniz bu həyatda?

• Həddi-büluğa çatmayan qız uşağını ərə verənlərə “el adətidir” deyərək bəraət qazandırdınız.
• Zorlanan qıza yox, cinayətkara can yandırdınız.
• Özgənin halal zəhmətlə qazandığı mal-mülkünə qarətçi gözü dikib, “haramla yığıb da!” dediniz.
• Qız uşağı doğulmasın deyə nəsilliklə şiddət göstərib, həyat yoldaşlarınızı aborta məcbur etdiniz.
• Uşaqlarınızın gələcəyini düşünmədən “həzmi-rahat” edib, onları təhsildən uzaqlaşdırıb, bu gününüzə qurban etdiniz.

İndi də intihar edənləri araşdırmadan, “Allaha qarşı çıxdı” adıyla, ağzınız köpüklənə-köpüklənə lənətləyirsiniz. Yaradana ən böyük itaətsizlik edənin, ona qarşı çıxanın ən yekəsi elə özünüzsünüz. Özünüzdən başlayın bu dünyanı səliqə-sahmana salmağa. Əlbət ki, onda Allah özü sizə yar və yardımçı olar”.

Kanal15 Tv - Canlı İzlə

Loading...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here