Azərbaycanda tələbə qız intihar etdi

0
36

Sumqayıt şəhərində intihar hadisəsi baş verib.

Hadisə şəhərin bulvar ərazisində qeydə alınıb.

Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kollecinin IV kurs tələbəsi, Yardımlı rayon sakini, 2001-ci il təvəllüdlü Vüsalə Rəhimli özünü dənizə ataraq intihar edib.

Hadisə şahidlərinin sözlərinə görə, gənc qız bir neçə dəfə dənizin sahilinə yaxınlaşsa da geri çəkilib.

Sonuncu dəfə sahilə yaxınlaşan V. Rəhimli qəfildən özünü dənizə atıb. Ətrafdakı insanlar yardım etmək istəsələr də cəhdləri uğursuz olub.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. İntihar edən qızın meyiti sudan çıxarılaraq adiyyəti üztə təhvil verilib.

Mərhumun hansı səbəbdən intihar etməsi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, V.Rəhimli Sumqayıtda əmisinin evində qalırmış. (report)

Kanal15 Tv - Canlı İzlə

Loading...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here