Vəkillər kollegiyasının üzvü Ağakişi Nağıyev dünyasını dəyişib

0
155

Vəkillər Kollegiyasının üzvü Ağakişi Nağıyev dünyasını dəyişib.

 

“kanal15.az” xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının sədri Anar Bağırov məlumat verib:

 

“Bu gün uzun sürən ağır xəstəlikdən sonra dəyərli vəkilimiz Ağakişi Nağıyevi itirdik. Gözəl insan, təmənnasız dost, təcrübəli həmkarımız, yazıçı-publisist, Cəlilabad Vəkil Bürosunun vəkili Ağakişi müəllimin əziz xatirəsi qəlbimizdə əbədi yaşayacaqdır. Allah rəhmət eləsin, məkanı cənnət olsun, yaxınlarına Allah səbr versin!”,-deyə, Anar Bağırov əlavə edib.

 

Qeyd edək ki, son 2 ay ərzində Azərbaycan Vəkillər Kollegiyasının üzvləri – Hidayət Məmmədov, Heydər Əsgərov, Əli Ələkbərov, Adil İsmayılov, Yusif Seyidov və Tahir Əlirzayev koronavirusdan, Elburus Mehralıyev və İdris Qasımov isə uzun sürən xəstəlikdən vəfat edib

Kanal15 Tv - Canlı İzlə

Loading...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here