Bakı-Quba yolunda ağır yol qəzası baş verib, ölən və yaralı var

0
84

Bakı-Quba yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə yolun 24-cü km-də qeydə alınıb.

Belə ki, 50-DS-879 dövlət nişanlı “VAZ 2114” markalı avtomobil 99-UC-081 dövlət nömrə nişanlı “Mercedes” markalı yük maşını ilə toqquşub.

Hadisə nəticəsində “VAZ 2114” markalı avtomobildə olan sərnişin hadisə yerində dünyasını dəyişib, sürücü isə xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Bizim Facebook səhifəmizə qoşulun

Loading...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here