Rusiya Şuşa və Xankəndinə humanitar yardım göndərib

0
135

Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyi tərəfindən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə göndərilmiş 27 yük avtomobilindən ibarət humanitar yardım karvanı “Samur” sərhəd-keçid məntəqəsində Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən qarşılanaraq yolboyu müşayiəti təşkil olunub.

Bu barədə kanal15.az Azərbaycanın Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Tikinti materiallarından ibarət humanitar yardımın yarısının Şuşa şəhərinə, digər yarısının isə Xankəndi şəhərinə çatdırılması nəzərdə tutulur.

 

loading...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here