Rusiya helikopteri Azərbaycan tərfindən səhfən vurulub, Nazirlik üzr istəyib

0
223

Azərbaycanın Xarici İşlər Nazirliyi bəyanat yayaraq, Rusiyanın Hərbi Hava Qüvvələrinə məxsus helikopterin vurulmasına görə qarşı tərəfdən üzr istəyib.

Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Rusiya Federasiyasının Müdafiə Nazirliyindən aldığı məlumat görə, noyabrın 9-da saat 18:30-da Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan üzrə ərazisində Rusiya Federasiyasının Mi-24 hərbi helikopteri vurulub.

Hadisə ilə əlaqədar olaraq Azərbaycanın Xarici İşlər Nazirliyindən vurğulanıb ki, vertolyot bilavasitə Dağlıq Qarabağ münaqişəsinin zonasında aktiv döyüş əməliyyatlarının davam etdiyi Ermənistan-Azərbaycan dövlət sərhədinə yaxın uçuş keçirib. Uçuş günün qaranlıq saatlarında, aşağı hündürlükdə, Hava Hücumundan Müdafiə qüvvələrinin radarının aşkar etmə zonasından kənarda keçirilib.

Əvvəl bu ərazidə Rusiya Federasiyasının Hərbi Hava Qüvvələrinin helikopterləri qeydə alınmayıb.

Bu faktorlar kontekstində və bölgədəki gərgin vəziyyət, Ermənistan tərəfinin mümkün təxribatları ilə əlaqədar olaraq döyüş hazırlığının artması fonunda növbətçi döyüş heyəti atəş açmağa qərar verib.

Azərbaycan tərəfi təsadüfi xarakter daşıyan və Rusiya tərəfinə qarşı yönəldilməyən faciəvi hadisə ilə əlaqədar Rusiya tərəfindən üzr istəyir.

loading...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here