Masallıda “İstedadlı qız şagirdlərinin əl işləri sərgisi” layihəsinin açılışı keçirilib

0
45

Masallı rayonunda “İstedadlı qız şagirdlərinin əl işləri sərgisi” layihəsinin açılışı keçirilib. Layihənin açılış mərasimi pandemiya şəraiti ilə bağlı olaraq onlayn şəkildə baş tutub.

 

Layihənin açılış mərasimində layihə rəhbəri Gülnar Əliyeva, Masallı rayon Təhsil Şöbəsinin müdir müavini Samit İslamov, təlimçi Ruslan Həsənov, ekspert Gülnar Ağayeva və müəllimlər iştirak edib.

 

Layihə rəhbəri G. Əliyeva çıxış edərək Azərbaycan Respublikası Təhsil Nazirliyinin məktəb və müəllimlərin ideyalarını həyata keçirmək üçün təşkil edilən qrant müsabiqəsi haqqında ətraflı məlumat verdi. Həmçinin bildirdi ki, layihənin məqsədi ümumtəhsil məktəblərindəki yuxarı sinif (14 yaşı tamam olmuş məktəblilər əsasən IX-XI sinif şagirdləri nəzərdə tutulur) qız şagirdlərin ictimai-sosial həyatda aktiv, yaradıcı bir gənc kimi formalaşmasına yardımçı olmaq, onlar arasından istedadlı uşaqların aşkar olunması və dəstəklənməsi üçün yaradıcı mühitin inkişaf etdirilməsi, onların ictimai təşəbbüslərinin dəstəklənməsi, bilik və bacarıqlarının artırılmasına və asudə vaxtlarının səmərəli təşkil olunmasına stimul verməkdən ibarətdir.

 

O bildirib ki, layihə öz başlanğıcına məktəb müəllimləri arasından könüllü qrupun formalaşdırılması ilə start verib. Eyni zamanda idarə heyəti də təsis olunub. Həmçinin layihənin ikinci mərhələsində onlayn müsabiqə təşkil olunacaqdır. Bu müsabiqəyə qatılmaq üçün rayon məktəblərindən onların elektron formada e-mail vasitəsilə əl işlərinin qəbulu aparılacaqdır. Əl işlərinin qəbulu 3 gün ərzində ekspert və ustadın iştirakı ilə həyata keçiriləcəkdir. Onlayn müsabiqə bitdikdən dərhal sonra istedadlı uşaqlar üçün yaradıcı mühitin yaradılması məqsədilə teams proqramı üzərində ustad dərsləri də təşkil olunacaqdır. Ustad dərsləri 5 gün ərzində 2 qrup üçün təşkil olunacaq və hər qrupda 15-20 şagirdin fəaliyyəti nəzərdə tutulub. İkinci mərhələ – onlayn müsabiqə və onayn ustad dərsləri bitdikdən sonra xüsusi yaradılmış jurilərin (ekspert və ustad) köməyilə ən maraqlı işlər mükafatlandırılacaq və ümumilikdə 2 gün ərzində müsabiqəyə qatılmış bütün əl işləri onlayn sərgi şəklində ictimaiyyətə təqdim olunacaqdır. Sərgi vaxtı da bitdikdən sonra layihənin hesabat dövrü başlayacaqdır.

 

O qeyd edib ki, layihənin nəticələri olaraq rayondakı qız məktəblilərinin müasirləşməsi və dünya görüşünün artırılmasına və gənclərin şəbəkələşməsinə stimul verəcək. Eyni zamanda bu tipli layihələrin inkişafına təkan da vermiş olacaq.

 

Daha sonra çıxış edən Masallı rayon Təhsil Şöbəsinin müdir müavini Samit İslamov, təlimçi Ruslan Həsənov, ekspert Gülnar Ağayeva və müəllimlər layihənin işinə uğurlar arzuladılar və bu formada keçirilən işlərin davamlı olmasını arzuladılar.

Qeyd edək ki, layihə Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsi çərçivəsində qalib olub və sentyabrın 15-dən dekabrın 15-dək davam edəcək.

loading...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here