“Bavariya” Çempionlar Liqasının 6 qat qalibi oldu

0
356

Almaniyanın “Bavariya” klubu tarixində 6-cı dəfə UEFA Çempionlar Liqasının qalibi olub.

Münhen təmsilçisi 11-ci dəfə çıxdığı həlledici qarşılaşmada Fransa PSJ-sini məğlubiyyətə uğradıb – 1:0. Portuqaliyanın paytaxtı Lissabondakı “Da Luş” stadionunda keçirilmiş görüşdə yeganə qolu 59-cu dəqiqədə Kinqsli Koman vurub. Fransalı yarımmüdafiəçi yetirməsi olduğu klubu məyus edib.

Bununla da Hans-Diter Flikin baş məşqçi olduğu kollektiv 7 ildən sonra Avropanın ən nüfuzlu klub turnirinin baş mükafatına yiyələnib.

Çempionlar Liqasının bombardiri adına isə “Bavariya”nın hücumçusu Robert Levandovski sahib olub. O, 11 oyuna 2-si penaltidən olmaqla, 15 qol vurub və 6 məhsuldar ötürmə verib. Polşalı forvarda 2013/2014 mövsümünün bombardiri olmuş Kriştianu Ronaldunun rekordunu təkrarlamaq üçün 2 top çatmayıb.

Digər tərəfdən, 1998-ci ildən sonra ilk dəfə Çempionlar Liqasının final matçı 1:0 hesablı nəticə ilə yekunlaşıb. 22 il əvvəl finalda İspaniya “Real Madrid”i İtaliya “Yuventus”unu bu hesabla yenib.

 

Qeyd edək ki, avqustun 21-də İspaniya “Sevilya”sı finalda İtaliya “İnter”ini 3:2 hesabı ilə yenərək, Avropa Liqasının qalibi olub. Beləliklə, sentyabrın 24-də Macarıstanın paytaxtı Buxarestdəki “Puşkaş Arena”da “Bavariya” və “Sevilya” arasında UEFA Super Kuboku uğrunda oyun keçiriləcək.

“Bavariya” daha əvvəl 1974, 1975, 1976, 2001 və 2013-cü illərdə Çempionlar Liqasını qazanıb.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here