Qubanın Xınalıq kəndinə qar yağmağa başlayıb

0
422

Avustun 23-ü səhər saatlarından Qubanın Xınalıq kəndinə qar yağmağa başlayıb.

Dəniz səviyyəsindən 2 min 350 metr yüksəklikdə yerləşən kəndə hazırda qar yağmaqda davam edir.

Qısa müddətdə qarın hündürlüyü 3 santimetrə çatıb.

Quba Rayon İcra Hakimiyyəti başçısının Xınalıq kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Nəsimi Məmmədov bildirib ki, qar əsasən Şahdağın ətəklərinə, Şahdüzünə və kəndə yağır.

“Qar havanın mülayim olması səbəbindən əriyir, heyvandarlıq təsərrüfatına ziyan dəyməyib”.

Xatırladaq ki, ilin bu vaxtı Xınalıq kəndində və yaxın kəndlərdə ot biçimi mövsümüdür.(report)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here