Bavariya” “Barselona”nı darmadağın etdi

0
1143

Çempionlar Liqasında 1/4 final mərhələsi davam edir. Bu gün 3-cü yarımfinalçı bəlli olub.

Mərhələnin ən böyük maraq doğuran qarşılaşmasında “Barselona” ilə “Bavariya” üz-üzə gəlib. Erkən finalda gərgin mübarizə gözlənilsə də, Bundesliqa çempionu rəqibini topa tutub. Turnirin əsas favoriti sayılan Münhen təmsilçisi katalonların 2 topuna 8 qolla cavab verib.

“Barselona”nı tarixi hesabla darmadağın edən “Bavariya” adını yarımfinala yazdırıb. Hans-Diter Flikin yetirmələri final yolunda avqustun 15-də keçiriləcək “Mançester Siti” – “Lion” oyununun qalibi ilə görüşəcək.

 

Çempionlar Liqası

1/4 final

14 avqust

23:00. “Barselona” (İspaniya) – “Bavariya” (Almaniya) – 2:8

Alaba, 7 (avtoqol), Suares, 57 – Müller, 4, 31, Perişiç, 22, Qnabri, 28, Kimmix, 63, Levandovski, 82, Koutinyo, 85, 89

Baş hakim: Damir Skomina (Sloveniya)

Lissabon. “Da Luş” stadionu

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here