Müasir Gənclərin İnkişafına Dəstək İB-i Lənkəran Peşə Liseyi ilə əməkdaşlıq edir – Foto

0
1304

Müasir Gənclərin İnkişafına Dəstək ictimai birliyi Lənkəran Peşə Liseyi ilə birgə əməkdaşlıq edir.

İctimai birlikdən Kanal15.az – a verilən məlumata görə, son dövrlərdə bu sahədə gənclərin inkişaf etdirilməsi ilə bağlı birgə layihələr icra edilməkdədir.

Əməkdaşlıqda məqsəd dövlətin qeyri neft sektorunun inkişafına dəstək olmaqla yanaşı, müasir tələblərə cavab verən peşələrin gənclər arasında təbliği, kənd təsərrüfatı, turizm sahəsində innovativ təşəbbüslərin reallaşdırılmasında müştərək layihələrin həyata keçirilməsidir.

Bu baxımdan gənclər arasında sahibkarlığın inkişafı ilə bağlı yaradılmış “Biznes Klub”, Regional İnkişaf – RİİB-nin (Regional İnkişaf – RİİB) maliyyə dəstəyi ilə həyata keçirilən “Gənc Fermer” layihəsi, kənd təsərrüfatı, turizm istiqamətində layihələr və aidiyyatı üzrə təlimləri misal göstərmək olar.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here