Cəlilabad meşələrində yanğın başlayıb

0
1422

Cəlilabad rayonunda yanğın hadisəsi baş verib.

“Report”un Muğan bürosunun məlumatına görə, yanğın Cəlilabad meşəbəyliyin 4-cü və 5-ci dolaylarında qeydə alınıb.

Hadisə yerinə Cəlilabad yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası ilə yanaşı qonşu rayonlardan da əlavə kömək çağrılıb. Yanğının baş verdiyi ərazi mürəkkəb dağ relyefinindən ibarət olduğundan texnikalar həmin ərazilərə hərəkətində və yanğın ocağına birbaşa müaxiləsində çətinliklər yaradıb. Bundan başqa ərazidə güclü küləyin əsməsi alovun tez bir zamanda yayılmasına da şərait yaradıb.

Hələlik alovun nədən qaynaqlandığı məlum deyil.

Hazırda yanğın davam edir.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here