Azercell Milliön ödəmə terminallarından çıxarıldı

0
1342

Son günlər Milliön ödəmə terminallarından Azercell operatorunun çıxalıması ilə bağlı gəzən söhbətlərə aydınlıq gəlib.

Əməkdaşımızın sorğusuna əsasən Azercell müştəri xidmətlərindən bildirilib ki:

“Müraciətinizlə bağlı bildiririk ki, 05.08.2020-ci il tarixindən etibarən “MilliÖn” ödəniş sistemi vasitəsilə “Azercell Telekom” MMC-nin fakturalı və fakturasız (SimSim) xətt nömrələrinin balasını artırmaq mümkün deyil.

Rahatlığınızı təmin etmək məqsədilə şirkətimiz tərəfindən müxtəlif alternativ üsullarla ödənişlər həyata keçirmək, nömrənizin balansını artırmaq imkanı verilib. Belə ki, nağd ödənişlər üçün eManat, Expresspay, Azərpoçt ödəniş terminalları, “Azercell Telekom” MMC-nin ödəmə kartlarından, onlayn ödənişlər üçün isə bütün bankların tətbiqləri və saytları, həmçinin müvafiq ödəniş portallarından istifadə etməyi tövsiyyə edirik.”

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here