Biləsuvarda əxlaqsızlıq yuvası aşkarlandı

0
941

Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri ilə Salyan rayonunun Şorsulu kənd sakini Z.Həsənlinin Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində işlətdiyi “Yaşıl Ada” adlı kafenin əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərdiyi aşkar olunub.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində həmin kafeni icarə əsasında işlədən Z.Həsənli və orada olan 6 nəfər müştəri saxlanaraq Rayon Polis Şöbəsinə gətirilib.

Faktla bağlı Biləsuvar RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here