Güney azərbaycanlı milli fəal Əkbər Mühaciri həbs cəzasına məhkum edilib

0
637

“Rejimə qarşı təbliğat aparmaq və GAMAC qrupunda üzv olmaq”da günahlandırılan güney Azərbaycanlı milli fəal, Təbriz sakini Əkbər Mühaciri 4 il həbs cəzasına məhkum edilib.

kanal15.az xəbər verir ki, onun barəsində çıxarılan həbs cəzasının 1 ili təxirə salınıb.

Əkbər Mühaciri daha 8 azərbaycanlı milli fəalla birlikdə 2019-cu il noyabr ayı etirazları zamanı, aksiyalarda iştirak etmədiyi halda təhlükəsizlik qüvvələri tərəfindən tutulub. Təbriz Ettelaat İdarəsinin qüvvələri Mühacirinin evinə hücum edərək, ailəsinin gözü qarşısında türk fəalı döyərək həbs etmişdilər.

O, tutulduqdan sonra  75 gün Təbriz Ettelaat İdarəsinin təcridxanasında saxlanılmışdı.

Mühaciri bundan əvvəl də Azərbaycan türk millətinin demokratik və milli-hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, həbs edilib və rejim tərəfindən müxtəlif təzyiqlərə məruz qalıb.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here