Azərbaycanda bu BOKT 52 faizlə kredit verir

0
798

Azərbaycanda 2005 ci ildən müxtəlif adlarla fəaliyyət göstərən “Mol Bulak” MMC hazırda ölkəmizdə Molbulak BOKT kimi fəaliyyət göstərir.

kanal15.az xəbər verir ki, Mol Bulak şəbəkəsi Qırğızıstanda və digər MDB ölkələrində fəaliyyət göstərsədə Azərbaycanda antirekordçudur.

Belə ki Bank olmayan kredit təşkilatının saytında qeyd olunan məlumatlara əsasən ən ucuz kredit məhsulu (FİFD) İllik 49,9 %-dir. «Agro» kredit məhsulunun faktiki faiz dərəcəsi isə 51,1%-dən başlayır bəzən isə daha çox olur.

Bəli Molbulak BOKT hazırda ölkədə ən yüksək faizlə kredit verən qurumdur və buna heç bir nəzarət yoxdur. hesab edirik ki bu cür məsələlər qanunla tənzimlənməlidir. çünki dünyanın heç bir ölkəsində bu yüksəklikdə faizlə kredit verilmir.

Xüsusən kənd əhalisinə mal-qara üçün yem alışına və ya digər təsərrüfat işləri üçün verilən kreditlərin bu qədər yüksək faizlə verilməsi kənd əhalisini dahada çətin duruma salır.

H.B

 

 

loading...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here