Cari ildə Suvarma Sitemləri İdarələrinə ayrılan pullar fonunda biabırçı nəticə

0
499

Məlum olduğu kimi 2020 ci ilin yay aylarında xüsusən suvarma təsərrüfatında gərgin günlər keçir.

kanal15.az portalı olaraq son 1 il ərzində suvarma sistemləri idarələrinə ayrılan pullar fonunda yaranmış vəziyyəti araşdırmışıq.

2020 ci ildə Etender vasitəsi ilə elan olunmuş musabiqələr vasitəsi ilə dövlət büdcəsindən suvarma təsərrüfatının yaxşılaşdırılması üçün milyonlarla pullar ayrılmışdır.

Təqdim edəcəyimiz statistik məlumatlardan görəcəksiniz ki, pulların böyük əksəriyyəti su nasoslarının və texnikaların cari təmiri üçün tələb olunub.

Teneder vasitəsi ilə ayrılmış vəsaitləri təqdim edirik:

  1. TƏRTƏR SUVARMA SİSTEMLƏRİ İDARƏSİ – 130.471 AZN
  2. BƏRDƏ SUVARMA SİSTEMLƏRİ İDARƏSİ  – 425.000 AZN
  3. XAÇMAZ SUVARMA SİSTEMLƏRİ İDARƏSİ  – 67.000 AZN
  4. SAATLI SUVARMA SİSTEMLƏRİ İDARƏSİ  – 134.945 AZN
  5. CƏLİLABAD SUVARMA SİSTEMLƏRİ İDARƏSİ – 455.000 AZN
  6. NEFTÇALA SUVARMA SİSTEMLƏRİ İDARƏSİ – 710.000 AZN
  7. SALYAN SUVARMA SİSTEMLƏRİ İDARƏSİ – təxminən 1milyon manat
  8. BEYLƏQAN SUVARMA SİSTEMLƏRİ İDARƏSİ – 455.000 AZN

Ümumilikdə bu sahədə müxtəlif rayonlar üzrə 126 tender elan olunub və yerinə yetrilib bununda ümumi həcmi 100 milyon manata qədərdir.(etender portalında tanış ola bilərsiz)

Bütün bu vasaitlərin fonunda hazırda vəziyyət necədir?

Hal hazırda ölkədə Neftçala, Salyan, İmişli, Cəlilabad, Biləsuvar v.s rayonlarda suvarma suyuna olan tələbat olduqca çoxdur, əkinlərin normadan az suvarılması məsuldarlığın azalmasına gətirib çıxarır.

Bir neçə gün əvvəl prezidentin bu barədə keçirdiyi toplantıda bu məsələlər geniş müzakirə olundu və ölkə başçısı müəyyən qurumlara öz iradını bildirdib.

Hazırda ölkədə suvarma kanallarının 70%-dən çoxu torpaq kanallardır ki suyun müəyyən hissəsi torpaq kanallarda itkiyə gedir.

Mövcud vəziyyətin bu formada inkişaf etməsinin bir səbəbi də ayrı ayrı rayonlarda suvrama kanallarının vaxtında təmizlənməməsi, Bəndlərin olmaması, Nasosların və Beton kanalların vaxtında və ya ümumiyyətlə təmir olunmamasıdır.

Mövzunun davamı yayımlanacaq..

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here