Kolumbiyada helikopter qəzaya uğrayıb, ölənlər var

0
175

Kolumbiyada axtarış briqadası ölkənin cənub-şərqində “Black Hawk” helikopterində qəzaya uğramış doqquz hərbi qulluqçunun meyitini aşkar edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Silahlı Qüvvələrdəki mənbələrə istinadən “El Tiempo” qəzeti bildirib.

Qəzetin məlumatına görə, meyitlər çərşənbə axşamı günorta aşkarlanıb. Helikopterdə olmuş daha iki hərbi qulluqçunun axtarışları davam edir.

Qeyd edilir ki, hərbi maşının qəzasının səbəblərini araşdıracaq xüsusi komissiya yaradılıb.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here