Messinin “Barselona” azarkeşləri arasındakı nüfuzu aşağı düşdü – SİYAHI

0
74

Məşhur ispan nəşri “Marca“ öz saytında cari mövsümdə “Barselona”nın ən yaxşı oyunçusu ilə bağlı səsvermə keçirir.

“Report” xəbər verir ki, hərçənd səsvermə hələ başa çatmayıb, amma onun aralıq nəticələri artıq çoxlarını təəccübləndirib.

Çünki hal-hazırda ən çox səsi kataloniyalıların 28 yaşlı alman qapıçısı Mark-Andre ter Şteqen toplayıb. Lionel Messi isə səsvermədə ikinci yerə çıxıb. Siyahının ən yaxşı üçlüyü 20 yaşlı Rikard Puçla bağlanır.

Azarkeşlər Samuel Yumtiti, Usman Dembeleni və Junior Firponu ən pis oyunçular hesab edir.

“Marca” istifadəçilərinin versiyasına görə “Barselona”nın 10 ən yaxşı oyunçusunun siyahısı belədir:

1. Mark-Andre ter Şteqen.

2. Lionel Messi.

3. Rikard Puç.

4. Ansu Fati.

5. Kleman Lanqle.

6. Frenki de Yonq.

7. Nelson Semedu.

8. Arturo Vidal.

9. Serxi Roberto.

10. Serxio Arauxo.

loading...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here