Rusiyada pandemiyadan müflisləşmiş azərbaycanlı iş adamının yanmış cəsədi tapıldı

Pandemiya fonunda biznesdəki uğursuzluqlar 50 yaşlı azərbaycanlı iş adamının Rusiyada faciəvi ölümü ilə nəticələnib. Onun yanmış cəsədi tapılıb.

 

Cəsəd Moskva vilayətinin Lyubertsı şəhərində tapılıb.

Məlumata görə, azərbaycanlı iş adamı meyvə və tərəvəz ticarəti ilə məşğul olub. Onun mağazası yerli sakinlər arasında məşhur imiş. Lakin pandemiya iş adamının işinə ciddi zərər vurub.

Müstəntiqlər mərhumun Rusiya paytaxtında taksi sürücüsü işləyən qardaşı ilə əlaqə saxlayıblar. O, qardaşının problemlərdən şikayət etmədiyini və borcunun olmadığını vurğulayıb.

Paylaş
error0
Tweet 20
fb-share-icon20

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir