Cəlilabadda yüksək rütbəli şəxslər karantin qaydalarına əməl olunmasını yoxladı – FOTO

Cəlilabadda xüsusi karantin rejiminə nəzarətlə bağlı görülən tədbirlər daha da gücləndirilib.

Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, bu istiqamətdə həyata keçirilən işlərin səmərəliliyini artırmaq və yeni növ koronavirus infeksiyasına qarşı mübarizəni daha da kəsərli aparmaq üçün polis əməkdaşları ilə yanaşı, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri də şəxsən sakinlərlə maarifləndirici söhbətlərdə iştirak edir, tapşırıq və tövsiyələrini verirlər.

Hər bir vətəndaşa xüsusi karantin günlərində evdən çölə çıxmağın onların və yaxınlarının sağlamlığı baxımından təhlükəli olduğu izah edilir.

Eyni zamanda, hazırda fəaliyyətini davam etdirən obyektlərdə gigiyena qaydalarının gözlənilməsinin və virus infeksiyasının yayılmasına qarşı görülməli olan tədbirlərin vacibliyi diqqətə çatdırılır.

Paylaş
error0
Tweet 20
fb-share-icon20

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir