Neftin qiymətini daha da aşağı salacaq açıqlama: razılaşma olmayacaq

OPEC ilə OPEC+ ölkələri arasında başa çatan istehsal problemləri ilə bağlı razılaşma yenilənməyəcək.

Kremlin mətbuat katibi Dmitri Peskov açıqlayıb.

Paytaxt Moskvada jurnalistlərə açıqlama verən sözçü neft bazarındakı mövcud vəziyyətdən məmnun olmadıqlarını dilə gətirib. O, Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında baş tutan telefon danışığı və liderlərin neft bazarlarındakı vəziyyətlə bağlı həmfikir olduqlarını xatırladıb.

Qeyd edək ki, sözügedən razılaşmanın vaxtı ötən gün bitib.

“Brent” markalı neftin qiyməti bu gün 6,02% artaraq bir barel üçün 26,23 ABŞ dollarına çatıb.

Paylaş
error0
Tweet 20
fb-share-icon20

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir