Bolnisidə 19 yaşlı hamilə qadında koronavirus aşkarlanıb

Gürcüstanın karantinə alınmış Bolnisi şəhərində hamilə qadın koronavirusa yoluxub.

Bu barədə “Qruziya Online” Kvemo Kartli vilayətinin qubernatoru Şota Rexviaşviliyə istinadla xəbər verib.

“19 yaşlı hamilə qadın Birinci Universitet Xəstəxanasına (Tbilisidə – red.) köçürülüb”, – deyə qubernator bəyan edib.

O, bölgədə aşkar olunan bütün dörd yoluxma halının hamısının Azərbaycana səfərlərlə əlaqəli olduğunu deyib.

Qeyd edək ki, martın 23-dən etibarən azərbaycanlıların kompakt yaşadıqları Marneuli və Bolnisi bələdiyyələrində karantin elan edilib, şəhərlərdən çıxış qadağan edilib.

Paylaş
error0
Tweet 20
fb-share-icon20

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir