Binəqədidə mağazadan oğurluq edilib

Binəqədi rayonunda mağazadan 1 052 manat pul, noutbuk və mobil telefon oğurlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən   verilən məlumata görə, oğurluq etdiyinə görə tutulmuş İ.Səttarovun hadisəni törətdiyi müəyyən edilib.

Belə ki, İ.Səttarovun ətrafında Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun ötən il oktyabrın 28-də rayon ərazisindəki mağazaların birindən 1 052 manat pul, noutbuk və mobil telefon oğurlaması da müəyyən edilib.

Paylaş
error0
Tweet 20
fb-share-icon20

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir