Azərbaycanda rejissordan aktrisaya intim təklif — Video Fakt

Xəbər verildiyi kimi “Aldanmış hisslər” serialının rejissorunun adı seksual qalmaqalda hallanır.

Kanal15.az xəbər verir ki, Səbinə adlı gənc aktrisa sosial şəbəkədə serialın prodüseri vasitəsilə rejissor Faiq Nağıyev tərəfindən ona əxlaqsız təklif olunduğunu iddia edib.

 

“Siz necə murdar adamsınız?! Allah sizin kimi produserlərin, rejissorların kökünü kəssin! ATV-də yayımlanacaq “Aldanmış hisslər” serialında Faiq Nağıyev adlı şəxs rejisor olduğunu bildirərək mənə yazdı.

 

Baş rollardan birinə getdim, danışdım. “Özümə güvənirəm, istədiyiniz obrazı yaratmağı bacaracam” dedim.

 

 

Bir gün sonra bir xanım mənə zəng vurub dedi ki, əgər rejissorla yaxınlıq etsən, onunla sevgili olsan səni qabağa çəkəcək. Yoxsa, onun ətrafında 18-20 yaşında qızlar çoxdur. O, səndən cavab gözləyir.

 

 

Təbii ki, mən onun layiqli cavabını verdim. Bu paylaşımı ona görə edirəm ki, bir az utansınlar. Serial çəkib efirə verə bilir deyə, qızlardan görün necə istifadə edirlər. İyrənirəm sizdən də, gördüyünüz işlərdən də! Bu şərəfsizlər yox olub getmədikcə Azərbaycan incəsənəti düzəlməz!”,-gənc aktirisa bildirib.

 

Adı qalmaqalda hallanan Faiq Nağıyev Bizimyol.info-ya açıqlamasında iddianı qəbul etməyib:

 

“Bir də bu məsələ ilə bağlı məni narahat etməyin. Sağ olun”.(Konkret.az)

Paylaş
error0
Tweet 20
fb-share-icon20
loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir