Keçmiş “Dəyirman”çı ABŞ-da məşhur şirkətə işə düzəlib – FOTO

2017-ci ilin mayında “Green Card” udub, bir il sonra isə ailəsi ilə birgə Amerikaya köçən “Dəyirman” qrupunun keçmiş üzvü, “L-Mir” ləqəbi ilə tanınan repçi Elmir Məhərrəmov media şirkətinə işə düzəlib.

Mass Appeal” adlı məşhur media şirkətində çalışan Elmir bu barədə şosial media hesabında məlumat verib.

3 aydır Amerikanın böyük şirkətlərindən birində çalışıram. Artıq bir vəzifə dəyişmişəm. Ötən gün şirkətin ən yaxşı işçisi sertifikatı ilə təltif olunmuşam. Bu özümə tərif deyil, başqaları üçün motivasiya fikridir. Nyu-Yorkda heç kim məni tanımır və burada arxam yoxdur. Özünüzə inanın və Allaha güvənin! Qarşınıza məqsəd qoyun və hər gün bu məqsədə doğru kiçik bir addımlar atın. Hər şey mütləq alınacaq! Ürəyinizi buz kimi saxlayıb!”, – deyə keçmiş repçi yazıb.

 

Paylaş
error0
Tweet 20
fb-share-icon20
loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir