Qorbaçovdan müraciət: “Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir!” – VİDEO

Keçmiş Sovet İttifaqının bütün respublikalarında maraqla izlənilən “Vremya” (“Zaman”) xəbərlər proqramında 1991-ci il martın 14-də SSRİ Prezidenti Mixail Qorbaçovun Dağlıq Qarabağla bağlı müraciəti oxunub.

Bu barədə “Vajnıy potok” (“Vacib axın”) “Youtube” kanalında video yerləşdirilib.

Proqramda ilk olaraq sözü verilişin aparıcılarından biri İqor Fesunenko alıb və “proqramı SSRİ Prezidenti Mixail Sergeyeviç Qorbaçovun Dağlıq Qarabağda yaşayan Azərbaycan xalqına müraciəti ilə açırıq” ifadəsini söyləyib.

Bundan sonra isə Qorbaçovun müraciətini digər aparıcı Vera Şebeko səsləndirib:

“Müraciətdə deyilir:

Əziz yoldaşlar, mən sizə məsuliyyətli və həyəcanlı zamanda müraciət edirəm. Ölkəmizdə və o cümlədən, millətlərarası münasibətlər sferasında baş verən böyük dəyişikliklər çətinliklə gedir. Təəssüflər olsun ki, insan itkiləri ilə nəticələnən ağır münaqişələrdən də qaçmaq mümkün olmayıb.

Artıq dördüncü ildir ki, Dağlıq Qarabağda sülh yoxdur, atışmalar baş verir, insanlar ölür, qarşılıqlı yadlaşma daha da artır. Sonra nə baş verəcək? Mən başa düşürəm ki, inciklik, qəzəb və qarşılıqlı intiqamın zəncirvari reaksiyasını dayandırmaq sadə deyil, amma gərəkdir. Burada reallıqdan çıxış etmək vacibdir. Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Burada SSRİ və Azərbaycan Respublikasının Konstitusiyası qüvvədədir, ermənilər və azərbaycanlılar birgə yaşayır və əmək fəaliyyəti ilə məşğul olurlar.

Tarix belə qərar verib və bundan heç yerə qaçmaq mümkün deyil. Bu isə o deməkdir ki, mümkün olduğu qədər tez şəkildə həyatı normal axarına qaytarmaq, demokratik seçkilərin keçirilməsi və qanuni hakimiyyət orqanlarının formalaşdırılmasına başlamaq gərəkdir”.

 

Paylaş
error0
Tweet 20
fb-share-icon20
loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir