Astarada yanğın olub, xəsarət alan var

Astarada 1 nəfərin xəsarət alması ilə nəticələnən yanğın olub.

Bu barədə  Fövqəladə Hallar Nazirliyindən bildirilib. Xəbərə görə, rayonun Suparibağ kəndində ümumi sahəsi 32 m² olan tövlənin yanar konstruksiyaları 20 m² sahədə və içərisinə yığılan 3 ton ot bağlamasının 1,5 tonu yanıb. Yanğın zamanı 1 nəfər xəsarət alıb. Tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Paylaş
error0
Tweet 20
fb-share-icon20
loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir