Gürcüstanda azərbaycanlı qızı qaçıran gənc saxlanılıb

Gürcüstanın Marneuli rayonunda ötən gün 17 yaşlı azərbaycanlı qızı qaçıran şəxs saxlanılıb.

Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

İstintaqla müəyyən olunub ki, saxlanılan 1998-ci il təvəllüdlü şəxs üç nəfər tanışı ilə birgə 2002-ci il təvəllüdlü qızı qanunsuz olaraq azadlıqdan məhrum edib.

Qaçırılan qız Marneulidə tapılıb və evinə qaytarılıb.

Faktla bağlı istintaq davam etdirilir. Həmin şəxslərin cinayəti sübuta yetirilərsə, onları 7 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Paylaş
error0
Tweet 20
fb-share-icon20
loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir