Gəncədə sərxoş sürücü eyni vaxtda üç qəza törətdi, xəsarət alan var

Gəncə şəhərində sərxoş sürücü avtomobilini öncə başqa bir avtomobilə, daha sonra hasara çırpıb, sonda isə piyadanı vurub.

Qərb Mərkəzinin məlumatına görə, Gəncə şəhər sakini Zakir Məmmədov sərxoş halda idarə etdiyi “QAZ-24” markalı avtomobilini qarşıdan gələn “VAZ-2106” markalı avtomobillə çırpıb.

Sərxoş sürücü hadisə yerindən qaçmaq istəyən zaman avtomobili qarşıdakı evin hasarına çırpıb. Daha sonra hadisə yerindən uzaqlaşmağa cəhd edərkən bu zaman piyadını vurub. Nəticədə piyada yüngül bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Paylaş
error0
Tweet 20
fb-share-icon20
loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir