Ata ilə oğul bıçaqlaşdı, ana araya girdi: Bir ölü, iki yaralı

Türkiyənin Afyonkarahisar bölgəsində İrfan Zengin adlı şəxs 64 yaşlı atasının bıçaqlayaraq öldürüb.

Məlumata görə, İrfan Zenginlə atası Abdil Zengin arasında naməlum səbəbdən mübahisə yaranıb. Mübahisə tezliklə daha da gərginləşib və ata ilə oğul bıçağa əl atıblar.

Nəticədə, Abdil Zengin hadisə yerindəcə vəfat edib, atasını öldürən İrfan Zengin isə yaralanaraq xəstəxanaya aparılıb. Həkimlər xəstənin vəziyyətinin ağır olduğunu və həyati təhlükənin mövcud olduğunu qeyd ediblər.

Hadisə zamanı araya girən ana 71 yaşlı Emine Zengin də yaralanaraq xəstəxanaya çatdırılıb.

Paylaş
error0
Tweet 20
fb-share-icon20

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir