Rusiyada sabiq prokuror arvadını öldürüb, həyətində basdırdı – FOTO

Şimali Osetiyada sabiq prokuror İqor Çeldiyevin şəhərkənarı torpaq sahəsində qadın meyiti aşkarlanıb.

İlkin məlumatlara görə, tapılan meyidin sabiq prokurorun bir ay əvvəl itkin düşən arvadı İrina Bojdenkoya aid olduğu müəyyən olunub. 45 yaşlı qadın itdikdən sonra onun bacısı polisə müraciət edib. İlkin axtarışlar nəticəsiz olub.

İ.Çeldiyevin evinə gedən hüquq-mühafizəçilərinin diqqətini həyətyanı sahədə ümumi landşaftdan qabaran təpə cəlb edib. Sabiq prokuror həyəcanlanıb və etiraf edib ki, İrina orada basdırılıb.

Sabiq prokurorun sözlərinə görə, aralarında mübahisə yaranıb. Bundan sonra o, qadının başından vurub.

İ.Çeldiyev qadının meyidini ərazidə zibillərin arasında basdırıb. Cəsəddə kəllə travması aşkarlanıb.

İ.Çeldiyev saxlanılıb. Onun barəsində cinayət işi açılıb.

Paylaş
error0
Tweet 20
fb-share-icon20

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir