Seçki günü məşhur olan kişi barədə maraqlı faktlar – FOTO

9 fevralda ölkəmizdə keçirilən növbədəkənar parlament seçkilərində ən biabırçı hadisə 47 saylı Mingəçevir Seçki Dairəsində yaşandı.

Həmin dairənin 21 saylı məntəqəsinin rəsmi üzvü Mahir Eyyubov müşahidəçilərin gözü qarşısında topa bülleteni qutuya salarkən kameralara tuş gəlib.

Onun həmin görüntüsü sosial şəbəkələrdə ən çox yayılan və müzakirə edilən foto olub.

Məlumata görə, M.Eyyubov rayonda YAP fəallarından biridir və həmçinin həmin DSK-nın sədri Oktay Məmmədovun yaxın adamıdır. Məlumatda M.Eyyubovun YAP Mingəçevir Şəhər Təşkilatının fəal üzvü və Cavanşir Yusubovun ən yaxın dostu olduğu qeyd edilir.

Mahir Eyyubov mütəmadi olaraq Mingəçevir Şəhər İcra başçısının və Mingəçevir YAP təşkilatının rəsmi tədbirlərində ön sırada əyləşib və söz sahibi olub.

Sözügedən tədbirlərdən olan fotoları təqdim edirik:

Paylaş
error0
Tweet 20
fb-share-icon20

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir