Rusiyadan ermənilərə ağır zərbə: “Ararat”a son qoyuldu!

Moskvada ermənilər tərəfindən yaradılmış “Ararat” futbol klubu fəaliyyətini dayandırıb.

Bunu Rusiya Futbol İttifaqının baş katibinin müavini Denis Roqaçyov deyib.

Klubun çoxlu borcu ilə əlaqədar lisenziyadan məhrum edildiyini bildirən D.Roqaçyov qeyd edib:

“Klub rəhbərliyi ilə əlaqə saxlamağa çalışsaq da, bizə cavab verən olmadı. “Ararat”ın fəaliyyətini dayandırmasını rəsmən elan edə bilərik. Növbəti dörd ildə Rusiya futbolunda “Ararat” adından istifadə oluna bilməz”.

Qeyd edək ki, bir neçə gün öncə “Ararat” Rusiya Peşəkar Futbol Liqasının iştirakçıları sırasından çıxarılmışdı.

Paylaş
error0
Tweet 20
fb-share-icon20

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir