Koronavirusla bağlı ŞOK XƏBƏR: bir gündə rekord qırıldı

Çinin Hubey əyalətində fevralın 12-də koronavirusdan 242 nəfər dünyasını dəyişib. Bu da rekord rəqəmdir.

Bu barədə “Sinxua” agentliyi informasiya yayıb.

Məlumata görə, əyalətdə son 24 saatda 14 min 840 nəfərdə virus aşkarlanıb. Beləliklə, Hubeydə toplam xəstə sayı 48 min 206-ya çıxıb. Rəqəmlərin sürətli artımına səbəb olaraq koronavirus diaqnozunun qoyulmasında istifadə edilən metodların dəyişdirilməsi göstərilib.

Milli Səhiyyə Komitəsindən ölkə miqyasında koronavirus epidemiyası ilə bağlı açıqlama verilməyib.

Çində epidemiyanın vəziyyətini internet vasitəsilə izləyən platformalardan olan “Ölkə miqyasında yeni tip koronavirus epidemiyası anlıq yeniliklər” hesabatına görə, Çində ölü sayı 1368-ə, xəstə sayı isə 59 min 883-ə çatıb.

Çin Kommunist Partiyasının Hubey üzrə katibi Cianq Çaolianq epidemiyanın yayılmasından sonra əyalətin zəif idarə edilməsi səbəbilə vəzifəsindən kənarlaşdırılıb.

Bundan başqa, Çin Xalq Qurtuluş Ordusunun müxtəlif bölmələrindən 2 min 600 hərbi tibb işçisi Uhana göndərilib.

Paylaş
error0
Tweet 20
fb-share-icon20

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir