Qəzada ölən piyada kimsəsiz kimi dəfn olundu

Hacıqabulda yol-nəqliyyat hadisəsi nəticəsində ölən və kimliyi müəyyənləşməyən şəxs kimsəsiz kimi dəfn olunub.

Yanvarın 21-də saat 21 radələrində Bakı-Qazax magistral yolunun Qarasu və Padar kəndləri arasında “Ford” markalı avtomobil şəxsiyyəti məlum olmayan piyadanı vurub. Daha sonra arxadan gələn bir neçə maşın onun üstündən keçib. Vurulan piyada tanınmaz hala düşüb. Onun meyiti Şirvan şəhər Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinə yerləşdirilib.

Hadisədən 22 gün keçməsinə baxmayaraq, vurulan şəxsin kimliyini müəyyən etmək mümkün olmayıb. Şəxsiyyəti və yaxınları müəyyən edilmədiyindən meyit Hacıqabul şəhər qəbiristanlığında kimsəsiz kimi dəfn olunub.

Əldə edilən məlumata görə, meyit tanınmaz halda olsa da, bəzi əlamətlərinə əsasən, onu yaxınları və ya tanışları tanıya bilər. Ölən şəxsin sol bilək nahiyəsində “ürəyə sancılan ox” təsviri və “M” hərfi yazılmış döymə var. Saçları xına rəngində, bəzi dişlərinin sarı metaldan olduğu bildirilir.

Əynində “CHELSIA” yazılan idman şalvarı olub.

Bu əlamətlərə görə itkin düşən şəxs barədə məlumatı olanlardan hüquq-mühafizə orqanlarına müraciət etmələri xahiş olunur.

Paylaş
error0
Tweet 20
fb-share-icon20
loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir