Etibar Əliyev Mehman Hüseynovu belə doladı

31 saylı Suraxanı seçki dairəsində deputatlıq uğrunda mübarizə aparan namizədlər arasında çox maraqlı mübarizə yaşandı. Bu mübarizənin pərdəarxasını, gizli məqamlarını deputatlığa namizəd olan bloger Mehman Hüseynov açıqladı.

Əvvəlcədən deyim ki, burada məsələyə Mühman Hüseynovun prizmasından, yəni onun danışdıqları əsasında yanaşıram. Yəni bütün nəticə onun danışıqlarına görə çıxarılır, qarşı tərəfin mövqeyi hələ yoxdur və bu kontekstdə bizə lazım da deyil.

M.Hüseynovun sözlərinə görə, sözügedən dairədə Fərəc Quliyev favorit hesab edilirdi. Ehtimal edilirdi ki, YAP öz resurslarından onun seçilməsinə dəstək verəcək. Bunu görən Mehman Hüseynov digər bir namizəd – Etibar Əliyevlə görüşərək, Fərəc Quliyevə qarşı ittifaq yaradıb.

Etibar Əliyev M.Hüseynova deyib ki, Fərəc bəydən sonra ən şanslı namizəd sənsən. Bu sözlərdən daha da həvəslənən Hüseynov bütün qüvvələrini Fərəc Quliyevə qarşı sərf edib və nəticədə YAP üzvlərinin ona dəstəyini kəsməyə nail olub.

Mehman Hüseynovun sözlərinə görə, fevralın 7-də E.Əliyevlə görüşüb. Görüşdə Əliyev ondan soruşub ki, indi əsas namizəd sənsən, işdir, mən seçilsəm, qələbəmi qəbul edəcəksənmi? Hüseynov “yox” cavabı verib.

Məlum olur ki, Mehman Fərəc Quliyevə qarşı mübarizə aparanda Etibar Əliyev öz təbliğatını davam etdirirdi. Çünki Mehman Hüseynovun Fərəc Quliyevə qarşı apardığı və gecə-gündüzünü zəbt edən mübarizədə Etibar Hüseynov bircə dəfə də görünməyib. Yəni məsələ budur: Mehman Hüseynov günlərlə Fərəc Quliyevə qarşı “döyüşüb”, onu sıradan çıxarıb… və bu məqamda öz təbliğatını aparan Etibar Əliyevin önünü açıb.

Burda artıq hər şey üzə çıxır: Etibar Əliyev çox böyük ustalıqla iki rəqibini üz-üzə qoydu və onları sıradan çıxardı.

Paylaş
error0
Tweet 20
fb-share-icon20
loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir