Deputatlar Gəncədə: Açılış mərasimi keçirildi – Foto

YAP Gəncə şəhər təşkilatında Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən maliyyələşdirilən “Uğura Gedən Yol – Könüllülük” adlı layihəsinin açılış mərasimi keçirilib. Tədbirdə millət vəkilləri Naqif Həmzəyev, Pərvin Kərimzadə, Gəncə şəhər Gənclər və İdman İdarəsinin rəisi Müşfiq Cəfərov və gənc könüllülər iştirak ediblər.

Gənclər Fondunun gənclər üçün yatardığı imkanlardan söz açan layihənin rəhbəri Orxan Əhmədov layihə haqqında ətraflı məlumat verib. Orxan Əhmədov “Uğura Gedən Yol – Könüllülük” adlı layihəsinin məqsədinin region gəncləri arasında könüllülüyün təbliği, onların asudə vaxtlarını daha düzgün qiymətləndirmələri istiqamətində təbliğat, gənclərin fərdi və intellektual inkişafına təkan verilməsi, mövcud imkanlar barədə məlumatlandırılma, o cümlədən könüllülük hərəkatının ölkəmizdə daha geniş vüsət almasını stimullaşdırmaq olduğunu diqqətə çatdırıb.

Naqif Həmzəyev ölkəmizdə gənclərin hərtərəfli inkişafı, onların düzgün yetişdirilməsi, milli-mənəvi dəyərlərə sadiqlik və vətənpərvərlik ruhunda tərbiyəsi Prezident İlham Əliyev tərəfindən daim diqqət mərkəzində saxlanıldığı qeyd edib. O, 2020-ci ilin ölkəmizdə “Könüllülər ili” elan edilməsi gənclərin dövlətə, Vətənə bağlı, məsuliyyətli bir vətəndaş kimi formalaşmasına, uğurla həyata keçirilən gənclər siyasətinə yeni nəfəs, yeni stimul verəcəyini diqqətə çatdırıb.

Pərvin Kərimzadə və Müşviq Cəfərov da çıxış edərək, ölkəmizdə son illərdə könüllülük fəaliyyətinin həyata keçirilməsi istiqamətindəki dövlət qayğısından söhbət açıblar.

Daha sonra gənclər 10 nəfərdən ibarət 5 qrupa bölünərək könüllülük, komanda işi, etiket qaydalarından bəhs edən təlimlərdə iştirak ediblər.

Paylaş
error0
Tweet 20
fb-share-icon20
loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir