Türkiyəli diplomatın qatillərinə edam cəzası verildi

Ərbil İkinci Cinayət Məhkəməsi türkiyəli diplomat Osman Köse və eyni hücumda həlak olan iki nəfərin qatilləri barədə qərarını açıqlayıb

Məhkəmə hadisəni törətməkdə şübhəli bilinən iki nəfərin edam edilməsinə qərar verib.

Xatırladaq ki, ötən ilin 17 iyulunda İraqın Ərbil şəhərinin mərkəzi küçəsində yerləşən restoranda türkiyəli diplomat Osman Köse sui-qəsd nəticəsində öldürülüb.

Restorana hücum zamanı iki İraq vətəndaşı da həlak olub. Sui-qəsddən sonra Türkiyənin təhlükəsizlik orqanlarının həyata keçirdiyi əməliyyatlar zamanı iki şübhəli Şırnakda saxlanılıb.

Paylaş
error0
Tweet 20
fb-share-icon20
loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir