Xalq artisti Miri Yusif: “Ancaq konsertlərdə çıxış etmək istəyirəm” – ÖZƏL

Ən çox sevdiyim və rahat olduğum yer konsert səhnəsidir. Televiziyalara nadir hallarda çıxıram. Amma bu o demək deyil ki, televiziya verilişlərinə çıxmağın əleyhinəyəm və ya proqramlara getməyə pis baxıram. Bu, belə deyil”.

Bu sözləri  açıqlamasında Xalq artisti Miri Yusif deyib. Sənətçi efirlərdə az-az görünməsi və verilişlərə qatılmaması ilə bağlı bunları deyib:

“Hamıya böyük hörmətim var. Ancaq mən konsertlərdə çıxış etmək istəyirəm. Yaxın günlərdə televiziya kanallarının birində çıxışım olacaq. Lakin hansı verilişə gedəcəyəm hələ ki bəlli deyil”.

Həmkarı Xalq artisti Röya Ayxanla oxuduğu duetlərin sayını çoxaldan Miri Yusif onunla yaxın aylarda duet konsert verəcəyinin də anonsunu verdi:

“Bundan sonra da Röya ilə arda-arda duetlərimiz olacaq. Bizim iş birliyimizin sonu gəlməyib, gəlməyəcək də. Röya ilə oxuyacağım duetlər hələ çoxdur. Röya ilə birgə stadionlarımızın birində duet konsert etməyi də planlaşdırırıq”.

Səhnə fəaliyyətinin 10 illik yubileyinə hazırlaşan Xalq artisti may ayında verəcəyi konsertin hazırlıqlarından da danışdı:

“Səhnə fəaliyyətimin 10 illik yubileyinə hazırlaşıram. Konsert möhtəşəm olacaq. Mayın 24-də “Baku Crystal Hall”da baş tutacaq konsertimin məşqləri və hazırlıqları sürətlə davam edir. İndiyə kimi oxuduğum mahnılar, duetlər hamısı tamaşaçılara təqdim ediləcək. Kiminlə duet oxumuşam, hamısı o gecə mənimlə bərabər olacaq”.

“Bu konsertə kimi yenidən fanatlarımla görüşəcəyəm. İndi sizin sayt vasitəsi ilə pərəştişkarlarıma anons vermək istəyirəm – ruh əkizlərim hazır olun, sizinlə yenidən görüşəcəyəm. Onlarla ötən görüşümüzdə isə fanatlarla çox isti və rahat bir abu-hava oldu”.

 

Paylaş
error0
Tweet 20
fb-share-icon20
loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir