Şok: Rauf Arifoğlunun qələbəsi ləğv edilə bilər – Səbəb…

Mərkəzi Seçki Komissiyasının bu dəqiqələrdə elan etdiyi ilkin siyahıda nəticələri elan olunmayan 7 dairədən dairə biri də 35 saylı Xətai üçüncü seçki dairəsidir.

həmin dairədə əsas iki namizəd – “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu və Ümid Partiyasının sədri İqbal Ağazadə mübarizə aparır.

Ekzit-pollun nəticəsinə görə, Rauf Arifoğlu 45,1 faizlə sözügedən dairənin lideridir. R.Arifoğlu özü də sosial şəbəkə hesabından əsas rəqibini 5 min səslə üstələdiyini açıqlayıb.

Buna baxmayaraq, Mərkəzi Seçki Komissiyasının sədri 35 saylı Xətai üçüncü seçki dairəsinin nəticələrinin hələ hazır olmadığını bildirdi və indiyə qədər sayılan məntəqələr əsasında da heç bir rəsmi rəqəm açıqlamadı.

***

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun ciddi müraciətlər daxil olduğunu bildirdiyi dairələrdən biri də 35 saylı Xətai üçüncü seçki dairəsidir.

Hazırda bu dairədə də ciddi araşdırmalar aparılır – həm bülletenlər sayılır, həmçinin DSK və MSK-ya təqdim edilən faktlar yoxlanılır.

Saytımıza daxil olan məlumata görə, bu dairədəki bəzi məntəqələrdə məntəqə seçki komissiyasının həlledici səs hüquqlu üzvləri belə protokolları imzalamayıblar.

Qeyd edək ki, 35 saylı Xətai üçüncü seçki dairəsində 32 məntəqə var. Bu məntəqələrdən 3/1-nin nəticəsi ləğv edilərsə, ümumilikdə dairənin nəticəsi tanınmayacaq.

Hazırda 35 saylı Xətai üçüncü seçki dairəsinin nəticələrinin ləğvi də istisna edilmir.

Paylaş
error0
Tweet 20
fb-share-icon20

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir