Litvalı deputat: “Ümid edirəm ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq”

“Litva GUAM-a üzv ölkələrin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir”.

Bunu Litva-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, deputat Valeriyus Simulik deyib.

“Biz vəziyyəti çox yaxşı bilirik. Bildiyiniz kimi, mən bir müddət Baltik Şurası Parlament Assambleyasının sədri olmuşam. GUAM-a üzv ölkələrin ərazi bütövlüyü ilə bağlı problemlərinin olduğunu bilirik və bununla bağlı bəyanat qəbul etmişik. GUAM-a üzv ölkələrin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik. Bu problemlərin günahkarının kim olduğunu da bilirik. Litva Azərbaycanın 20 faiz ərazisinin işğal edilməsini tanıyır. Litva parlamentində də Azərbaycanın ərazi bütövlüyünə dəstək verən sənəd qəbul olunub. Dağlıq Qarabağ münaqişəsi həll olunmalıdır. Ümid edirəm ki, Azərbaycanın ərazi bütövlüyü və tarixi ədalət bərpa olunacaq”, – deyə litvalı deputat qeyd edib.

Paylaş
error0
Tweet 20
fb-share-icon20
loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir