“WhatsApp”ı kompüterdə işlədənlər üçün təhlükə yaranıb

“WhatsApp” messencerinin masaüstü kompüterlərdən yazışmağa imkan verən kliyentində ciddi boşluq aşkar edilib.

Sözügedən boşluğun həm “Windows”, həm də “macOs” üçün kliyentlərdə mövcud olduğu məlum olub.

Cinayətkarlar mesajlara “JavaScript” kodu yerləşdirməklə kompüterdəki fayllara uzaq məsafədən müdaxilə edə, mesajların mətnini dəyişdirə və ya zərərli proqram təminatı quraşdırmaq imkanına malik olublar.

Bu vəziyyət proqram tərtibatçılarının “Chromium” mühərrikinin köhnə versiyasından istifadə etməsi ilə izah edilib.

Paylaş
error0
Tweet 20
fb-share-icon20
loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir