Qubada yanan evlərin yerində yeniləri tikiləcək – FOTO – VİDEO – YENİLƏNİB-3

 

Quba rayonunun Qarxun kəndində baş vermiş yanğın söndürülüb.

3 yaşayış evi, 7 mal tövləsi və 9 ot tayası yanıb.

Hadisə yerinə gələn Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev bildirib ki, yaxın vaxtda evləri yanan ailələr üçün yeni evlər tikiləcək. Həmçinin sakinlər ərzaqla təmin olunacaq.

Yanğının səbəbləri araşdırılır.

Fövqəladə Hallar Nazirliyi (FHN) Qubada baş verən yanğın hadisəsi ilə bağlı məlumat yayıb.

FHN-dən  fevralın 7-də Quba rayonunun Qarxun kəndində, ən yaxın Yanğından Mühafizə Hissəsindən 60 km məsafədə mürəkkəb relyefə malik və çətin keçilən yolları olan ucqar dağlıq ərazidə ot tayası yanır.

Yanğının yaxınlıqda yerləşən yaşayış evlərinə keçməsi ehtimalı olduğundan FHN-in Dövlət Yanğından Mühafizə Xidməti ilə yanaşı, Xüsusi Riskli Xilasetmə Xidmətinin, Şimal Regional Mərkəzinin, Mülki müdafiə qoşunlarının müvafiq qüvvələri və nazirliyin Aviasiya dəstəsinin 2 ədəd helikopteri hadisə yerinə cəlb olunub.

Əlavə məlumat veriləcək.

Quba rayonunda fərdi yaşayış evi, həyətyanı sahədə olan yardımçı tikililər və tövlə yanmağa başlayıb.

rayon mərkəzindən 70 kilometr məsafədə yerləşən Qarxun kəndində başlayan yanğını söndürmək üçün Quba Rayon Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən avtomobil və canlı qüvvə hadisə yerinə yola düşsə də, məsafənin uzaq olmasına görə hadisə yerinə hələ də çatmayıb.

Kənd sakinləri bildiriblər ki, güclü külək olduğundan yanğının yaxınlığında yerləşən bir neçə evə də keçmə ehtimalı var.

Qeyd edək ki, Quba-Qonaqkənd istiqamətində yerləşən kəndlər dağlıq ərazidə yerləşdiyindən hər hansı hadisə zamanı vaxtında çatmaq mümkün olmur.

Paylaş
error0
Tweet 20
fb-share-icon20
loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir