Bakıda güclü külək 10-a yaxın ağacı aşırdı – FOTO

Güclü külək nəticəsində paytaxtda 10-a yaxın ağaca ziyan vurulub.

Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov bildirib.

Onun sözlərinə görə dünən axşam saatlarından başlayan güclü külək ümumilikdə 10-a yaxın ağacın aşmasına səbəb olub:

“Güclü külək paytaxtın Nəsimi, Nizami, Yasamal, Xətai rayonlarında ciddi fəsadlara yol açıb. Hazırda Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları səhərə qədər ərazilərdə aşmış və qəzalı vəziyyətdə olan ağacların yaratdığı fəsadların aradan qaldırılması üçün tədbirlər görür”.

 

Paylaş
error0
Tweet 20
fb-share-icon20
loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir